User:Sadiqdadashow
Doktor Əlixeybər Axundov
Əlixeybər Əliqulu oğlu Axundov 1949-cu il iyul ayınıın 25-də Salyan rayonunda müəllim ailəsində anadan olmuşdur.
1956-cı ildə Nizami adına 2 saylı orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 1966-cı ildə həmin məktəbi gümüş medalla bitirmişdir.
Elə həmin il də bircə kimya fənnindən imtahan vermiş, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitutunun müalicə-praofilaktika fakultəsinə qəbul olunmuşdur.
1972-ci ildə Tibb İnistitutunu bitirib təyinatını cərrah kimi doğma rayonumuza almışdır.
1972-1974-cü illərdə ordu sıralarına çağrılmış, əsgəri xidmətini Qazaxıstanın Baykanur vilayətində tibb xidməti leytenantı kimi keçirmişdir.
Əlixeybər Axundov əsgəri xidmətini bitirdikdən sonra Salyana qayıtmış, 1974-cü ildən 1975-ci ilin 28 avqustuna kimi təcili yardım stansiyasında həkim işləmişdir.
Rayon əhalisinin ehtiyacını, özünün hədsiz həvəsini və xalqa bu sahədə daha çox xeyir verə biləcəyini nəzərə alan Əlixeybər həkim öz cərrah ixtisasını nevropatologiya ixtisası ilə əvəz etməyi qərara aldı.
Bu məqsədlə 1975-ci ilin sentyabrında ixtisasqazanma kursu keçmək üçün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirməİnistutunun nevopatologiya kafedrasına göndərilmişdir. 6 aylıq nevropatologiya kusunu bitirəndən sonra Axundov Salyanda ixtisaslı nevropatoloq kimi fəaliyyətə başlamış və çox qısa bir zamanda özünün savadı, xəstəyə yanaşma metodikası və dəqiq diqaqnostikasına görə xəstələrin dərin hörmətini qazanmışdır.
1977-ci ildə özünə qarşı tələbkarlığı ilə fərqlənən gənc nevropatoloq Alma-Ata Həkimləri Təkmilləşdirmə İnstutuna müracət etməli olur. Bu dəfə o, “Mərkəzi sinir sisteminin şişlər və damar xəstəliklərinin diqanostikası və müalicəsi” mövzusu üzrə 2 aylıq kurs keçir.
Öz bilik və təcrübəsini daima artırmaq, nevropatologiya ixtisasının dərinliklərinə yiyələnmək üçün 1978-ci ildə Ə.Axundov Lenin ordenli Moskva Həkimləri Təkmilləşdirmə İnistutunda 2 aylıq kurs keçmişdir.
1979-cu ildə Salyan Mərkəzi Xəstəxanasında nevropatologiya şöbəsi yaradıldı və o vaxtdan Ə.Axundov 36 il həmin şöbəyə rəhbərlik edib.
Ə.Axundov 1983-cü ildə “Nevropatologiyanın aktual məsələləri” mövzusunda kurs keçmək üçün yenidən Moskva şəhərinə yola düşmüş və kursu müvəffəqiyyətlə bitirib rayonumuza qayıtmışdır.
Daha sonra 1990-cı ildə Bakıda Həkimləri Təkmilləşdirmə İnistutunda ixtisasartırma kursu keçmişdir.
İşgüzarlığını, bilik və bacarığını nəzərə alıb kollektiv Ə.Axundova böyük etimad göstərmiş, 1992-ci ilin iyun ayında Salyan Rayon Mərkəzi Xəstəxanasna baş həkim vəzifəsinə seçmişlər.
İşlədiyi 2 il yarım ərzində Əlixeybər həkimin Salyan səhiyyəsinə göstərdiyi xidmətlərin nişanəsi indi də hamının gözü qarşısındadır.
1994-cü ilin dekabrında Axundov öz xahişi ilə başhəkim vəzifəsini könüllü olaraq təhvil vermiş və yenidən nevropatalogiya şöbəsinə qayıtmışdır. Hal-hazırda nevropatoloq kimi fəaliyyətini davam etdirir. Səhiyyə naziri göstərdikləri xidmətlərinə görə Ə.Axundova nazirliyin rəsmi təşəkkürünü yazılı şəkildə bildirmişdir.
Ə.Axundov haqqında rayon qəzetində çoxlu minnətdarlıqlar, xoş sözlər və şeirlər yazılmışdır. Bəlkə çoxlarına məlum deyil ki, o rayonda və xəstəxanada rəhmətə gedən kimsəsiz 11 nəfəri öz hesabına dəfn etdirmişdir.
O, yüksək ixtisaslı həkim və səhiyyə əlaçısıdır.2000-ci ildə xidmətlərinə görə Ulu öndər Heydər Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Ə.Axundov gözəl ailə başçısıdır. Həyat yoldaşı dahəkim idi, 2015-ci ildə vəfat etmişdir. Oğlu Nurlan 2 ali məktəb bitirib, sahibkarlıqla məşğuldu. Qızı Günay isə valideynlərinin yolunu seçmişdir, “USM” üzrə ixtisaslı həkim kimi işləyir. Gəlini Elza həkim-endokrinoloq, yeznəsi İlqar müəllim isə 24 saylı Rels Qaynaqlama Qatarının rəisi işləyir.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.