User:Rza41/sandbox

SURAXANI MAŞINQAYIRMA ZAVODU

     “SURAXANI MAŞINQAYIRMA ZAVODU” AÇIQ  SƏHMDAR  CƏMİYYƏTİ

 “Suraxanı maşınqayırma zavodu” ASC neft maşınqayırması sənayesinin ən qocaman müəssisələrindən biri olaraq yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1923-cü ildə “Azneft” Birliyinin emalatxalarının bazasında yaradılmış və 1925-ci ildə burada  ştanqlı quyu nasoslarının istehsalı təşkil edilmişdir.

    1930-cu ildə zavoda F.Dzerjinski adı verilmiş, 1991-ci ildən isə Suraxanı maşınqayırma zavodu kimi fəaliyyət göstərir.

     Zavodun istehsal etdiyi məhsulların nomenkulaturasına ştanqlı quyu nasosları, silfonlu qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu tros alətləri, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğular, qaz-qum lövbərləri, boru ştaqlı nasos qurğuları və onların ehtiyyat hissələri daxildir.

    Zavodun mövcud istehsal gücü, texniki və texnoloji imkanları, normativ sənəd bazası normal və mürəkkəb (abraziv, böyük miqdarda qaz və mexaniki qarışıqlar olan mühitdə)  istismar şəraitləri olan AZS[1] və  API 11 AX[2] standartlarına müvafiq bütün ölçü və icralı ştanqlı dərinlik nasosları və digər neft-mədən avadanlıqlarını layihələndirməyə, istehsal etməyə və zəmanətlə sifarişçilərə göndərməyə imkan verir. 

     Zavodda həcmi azotlaşdırma, detalların xarici işlək səthinə bərklik vermək üçün qazotermik püskürmə yolu ilə metal tozu vasitəsilə örtülməsi kimi texnologiyalar tətbiq edilir, müasir sınaq laboratoriyası fəaliyyət göstərir.

   2004-cü ildən zavodda İSO Beynəlxalq standartı fəaliyyət göstərir  və ştanqlı quyu nasosları Amerika Neft İnstitutunun APİ Spec 11 AX  Monoqrammı əsasında istehsal olunur.

  1. ^ [1]
  2. ^ "API Specification 11AX" (PDF). Api.org.

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.