User:Gochu 1996/sandbox
"Atalar və oğullar" (roman)
"Atalar və oğullar", rus yazıçı İvan Turgenevin ən məhşur əsəridir. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" - Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik. Bu, bizdən sonrakıların işidir" deyə cavab verir. Marinoda bir neçə həftəlik istirahətdən sonra cavanlar şəhərə yollanır və orda məhşur mülkədar xanım Anna Sergeyevna Odintsova ilə tanış olurlar. Gənclərin dərrakəsi və yenilikçi, qorxubilməz fikirləri Odintsovanı cəlb edir və o, Bazarovla Arkadini öz mülkünə dəvət edir. Burda keçirdikləri vaxt boyunca Arkadi Odinstsovaya aşiq olsa da, Odintsova Bazarovla ünsiyyətə daha çox meyl edir və bu səbəbdən Arkadi öz vaxtını Anna Sergeyevnanın kiçik bacısı Katya ilə keçirir. Sevgi məsələlərinə dərin nifrətlə yanaşan Bazarov isə ilk zamanlar Arkadinin hisslərini lağa qoysa da, sonradan özü də Odinstsovaya aşiq olmağa başlayır. Öz sevgisinə qarşılıq tapa bilməyən Bazarov dostu Arkadini və digər hər kəsi tərk edib öz atasının kəndinə qayıdır. Burda bir müddət atasına həkimlik işlərində kömək edir və növbəti əməliyyatların birində səhvən əlini kəsərək, qan zəhərlənməsi keçirir. Ölümünə az qaldığını hiss edən Bazarov atasından Odintsovanı çağırtmağı xahiş edir. Baş tutan görüşdən bir neçə gün sonra Bazarov ölür. Əsər Arkadi ilə Katyanın evlənməsi və məclisdə Arkadinin Katyanın qulağına "Bu da Bazarovun xatirəsinə" deyərək tostu ithaf etməsi ilə bitir. "Atalar və oğullar" nihilizm mövzusunu ələ alan ilk və ən məhşur əsərlərdən sayılır. Əsər sonrakı nəsillərdə bir çox gənclə ilham qaynağı olmuşdur. Məsələn, məhşur bolşevik inqilabçısı Vladimir Bazarov öz təxəllüsünü Yevgeni Bazarova ithafən götürüb. Fathers_and_Sons_(novel)
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.