User:Ayzeynna
Ayzeynna Ay(gün) Zeyna(lova)
Aygün Zeynalova Mübariz qızı - 1979-cu il iyulun 9-da Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1984 -1994-cü illərdə Bakı şəhərində 52 saylı orta məktəbdə təhsil almışdır.
1994-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universiteti “Fərqlənmə diplomu” ilə bitirdikdən sonra, 1998-2000-cu illərdə həmin Universitetinin magistratura pilləsini “Fərqlənmə diplomu” ilə bitirmişdir.
1997-ci ildə «The British Council Training Centre» İngilis dili kurslarını yüksək balla bitirmişdir.
1999-cu ildə 16 saylı orta musiqi məktəbində fortepiano təhsilini ekstern yolu ilə qısa müddətdə bitirmişdir.
2000-ci ildə Bakı Dövlət Musiqi Akademiyasının “solo oxuma” vokal şöbəsinin Az. Res. Xalq Artisti Xuraman Qasımovanın sinfinə fərq imtahanları verərək bir başa II kursa qəbul olunmuşdur.
2006-cı ildə Avstriyanın Vyana şəhərində Vokalçıların V Beynəlxalq müsabiqəsinin seçim turunun Juri nümayəndəsi tərəfindən Bakı şəhərində çox saylı iştirakçılar arasından seçılərək, «25th International Hans Gabor Belvedere Singing Competition» II turunda iştirak etməyə dəvətli olmuşdur.
2006-cı ildə Bakı Dövlət Musiqi Akademiyasını əla qiymətlərlə bitirir.
2007 martın 3-də Az. Res. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə Paris şəhərində - Senatın “Boffrand” salonunda (Salons de Boffrand de la Presidence du Senat) "Azərbaycanın Mədəniyyət Günləri" ilə əlaqədar təşkil olunmuş tənbirdə ölkəni təmsil edərək Konsert vermişdir.
2007-ci ildə SSRİ-nin Xalq Artisti Yelena Obraztsovanın Bakıda keçirtdiyi ustad dərslərində (master klassda) çıxış etmiş və ifaları onun tərəfindən yüksək qiymətləndirilmişdir.
2007 sentyabrın 26-da M. F. Axundov adına Az. Döv. Akademik Opera və Balet Teatrında dirijor Cavanşir Cəfərovun rəhbərlik etdiyi Teatrının Simfonik Orkestrinin müşaiyəti ilə Ü.Hacıbəyov “Arşın mal alan” operettasının baş rolunda çıxış edərək – Gülçöhrə obrazını oynamışdır.
Tərəf müqabilləri: Gülçöhrə - Ayzeynna (Aygün Zeynalova) Əsgər - Azər Zeynalov Soltan bəy - Yaşar Nuriyev Asya - Fidan Hacıyeva Cahan xala - Gülüstan Əliyeva Telli - Gülyaz Məmmədova Vəli - Ələkbər Əliyev
2007 noyabrın 26-sı M. Maqomayev adına Az. Döv. Filarmoniyasında Az. Res. Xalq Artisti, dirijor Rauf Abdullyevin rəhbərlik etdiyi Ü. Hacıbəyov adına Az. Döv. Simfonik Orkestrinin müşaiyəti ilə Bül-bül adına “Vokalçıların IV Beynəlxalq Müsabiqəsində” (Juri sədri – SSRİ-nin Xalq Artisti İrina Arxipova olmuşdur), qalib çıxaraq Laureat adına layiq görülmüşdür.
2010-2013-cü illərdə M. Maqomayev adına Az. Döv. Filarmoniyasında ilk əmək fəaliyyətinə başlayaraq Filarmoniyanın Solisti olmuşdur.
2011 sentyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbirdə iştirakı ilə və Az. Res. Xalq Artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q. Qarayev adına Az. Döv. Kamera Orkestrinin müşaiyəti ilə Paris şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi gününün bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışlarıyla ölkəni təmsil etmişdir.
2011 oktyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbirdə iştirakı ilə və Az. Res. Xalq Artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q. Qarayev adına Az. Döv. Kamera Orkestrinin müşaiyəti ilə Berlin şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi gününün bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışlarıyla ölkəni təmsil etmişdir.
2011 noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbirdə iştirakı ilə və Az. Res. Xalq Artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q. Qarayev adına Az. Döv. Kamera Orkestrinin müşaiyəti ilə Roma şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi gününün bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışlarıyla ölkəni təmsil etmişdir.
2011 noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbirdə iştirakı ilə və Az. Res. Xalq Artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q. Qarayev adına Az. Döv. Kamera Orkestrinin müşaiyəti ilə Vatikan şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi gününün bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışlarıyla ölkəni təmsil etmişdir.
2012 yanvarın 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Az. Res. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə və Az. Res. Xalq Artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q. Qarayev adına Az. Döv. Kamera Orkestrinin müşaiyəti ilə "Buta Palace" Sarayında keçirilən “Evrovision” mahnı müsabiqəsinin "Açar Təqdimetmə" (dünyaya canlı yayım olunan) mərasimdəı çıxışı ilə dövləti təmsil etmişdir.
2012 mayın 30-da "Bakı-2012 Eurovision" bağlanışı günləri ərəfəsində M. Maqomayev adına Az. Döv. Filarmoniyasında Az. Res. Xalq Artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q. Qarayev adına Az. Döv. Kamera Orkestrinin müşaiyəti ilə Solo Konsert vermişdir.
2012 sentyabın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar Artisti Fəxri adına layiq görülmüşdür.
2013-cü ildən Az. Döv. Milli Konservatoriyada müəllimə vəzifəsində çalışır.
2014 noyabrın 20-də Az. Res. Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə, AHA (The American Heart Association) təşkilatı dəstəyi ilə, Az. Res. Xalq Artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”Kamera Orkestrinin müşaiyəti ilə "Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi gününə" həsr olunmuş tədbirin konsert proqramını təşkil etmiş və həmin tədbirdə çıxış etmişdir.
2016-cı ildən Rəşid Behbudov adına Az. Döv. Mahnı Teatrının Solistidir.
2016 iyulun 19-da Adının və Soyadının ilk hecalarından düzəlmiş -Ayzeynna adı ilə fəaliyyətini davam etdirmək qərarını vermişdir.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
3 övladı var.
Ayzeynna - Akademik müğənni
Azərbaycan Vokal Mədəniyyətinin Dünyada - Təmsilçisi və Təbliğçisi (2006-cı ildən), Azərbaycan Dövlət Filarmoniyanın Solisti olmuş (2010 -2013-cü illərdə). Azərbaycan Dövlət Milli Konservatoriyanın Müəllimi (2013 -cü ildən). Azərbayca Dövlət Mahnı Teatrının Solisti (2016 -cı ildən)
Ayzeynna - Təltiflər
Azərbaycan Respublikasının Əməkdar Artisti (2012). Bül-bül ad. Vokalçıların IV Beynalxalq Müsabiqə Laureatı (2007).
Ayzeynna - Mahnılar
Mahnıları- 1.Yaşayırsan ULU ÖNDƏR (2013). 2.Azərbaycanım (2015).
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.