User:Asib2003
[1]Azərbaycanın və Qafqazın İlk Şəkər Zavodu
Rəsmi adı "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC olan İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümumilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. İmişlidə 70 hektar ərazidə inşa olunan zavoda 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Gündəlik 5 min ton şəkər çuğunduru və min ton xam şəkərin emal olunduğu zavodda illik 300-350 min ton şəkər istehsal olunacaq. Şəkər çuğunduru becərilməsi üçün ayrılan 25 min ha ərazidə 100 min nəfər işlə təmin olunub. Rayonların sosial-iqtisadi reabilitasiyası və inkişafı üzrə Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda fəaliyyət göstərir.Azərbaycanda qurulan bu ilk Şəkər Zavodu bölgədə inkişafın başlanğıcı oldu. Bölgədə yaşayan çox saylı məcburi köçkün bu zavod ilə iş imkanı əldə etdi və gəlir səviyyəsi yüksəldi. Və bu Azərbaycanı iqtisadi cəhətdən daha da irəli çəkdi. Dünya standartlarına cavab verən İmişli Şəkər Zavodunun layihə və montaj işləri Türkiyə, Ukrayna və Polşa mütəxəssislərinin nəzarəti altında azərbayacanlı mühəndis və montajçılar tərəfindən həyata keçirildi. 83 milyon ABŞ dolları həcmində sərmayəyə ev sahibliyi edən İmişli xalqı da işlərin gedişindən son dərəcə məmnundur. Yeni bir iş sahəsinə qovuşmaqla yanaşı bölgədə yaşanan yeniliklər həm iqtisadi, həm də sosial cəhətdən İmişli və qonşu rayonların inkişafına böyük təkan verdi. Azərbaycandakı sənaye və kənd təsərrüfatı sektorunun inkişafına böyük təkan verəcək olan İmişli Şəkər Zavodu ilə birlikdə irli-xırdalı bir neçə köməkçi müəssisə də fəaliyyət göstərir.
Əhəng İstehsalatı Təsisatı:
Müəssisə üçün lazımlı olan (kirəç) əhəng zavodun əhəng qurğularından əldə olunur. Gündə 300 ton istehsal gücündə olan bu müəssisədə istehsal olunan əhəngin böyük bir hissəsi inşaat sektorunda istifadəyə verilir.
Elektrik Stansiyası:
Zavodda 100 ton/saat gücündə yüksək təzyiqli 2 ədəd buxar qazanı və 12 MW gücündə Trubin Generatoru qrupu var. Əldə olunan elektrik enerjisinin ehtiyac duyulandan artıq hissəsi bölgə enerji eytiyacının bir hissəsini ödəyir.
İçməli Su Təsisatı:
Zavodun texnologiya və istifadə suları zavod nəzdindəki su təmizləmə stansiyalarından əldə olunur. Bu müəssisədə içməyə uyğun yükək keyfiyyətli su istehsal olunur. Zavodun tullantı suları isə bioloji saflaşdırmadan keçirildikdən sonra axıdılır və beləliklə də ətraf mühitin çirklənməsinə yol verilmir. Buna görə Almaniyadan Aerobik saflaşdırma sistemi alınaraq quraşdırılmışdır.
Mexanika Emalatxanası:
Xarici ölkələrdən dəst avadanlıqlar alınaraq zavodun nəzdində bir dəzgah emalatxanası qurulub. Yonqarlı və qaynaqlı emal etmə imkanlarına sahib olan emalatxana gələcəkdə bölgənin ən böyük dəzgah fabriki olacaq.Zavodun ehtiyacı olan avadanlıqlarla birlikdə, xüsusilə əkinçilik avadanlıqları başda olmaqla, bir çox məhsul burada istehsal edilir və bölgə sənayesinin inkişafına kömək edir.
Hazirladi:A.Ş
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.